Ayətullah Sistaninin nümayəndəsi Ayətullah Cavadi Amuli ilə görüşüb

Ayətullahul-uzma Seyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani, İranın mərcəi təqlid müctehidi Ayətullah Abdullah Cavadi Amulinin evində onunla görüşüb.

Səmimi şəraitdə keçən bu görüşdə İslam dünyasını maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, Ayətullah Cavadi Amulinin son zamanlar müqəddəs İraq torpaqlarına – Ərbəin, Kərbəla və Nəcəfə etdiyi ziyarət “mənəvi və bərəkətli səfər” kimi qiymətləndirilib.

Həmçinin vurğulanıb ki, bu səfər İslam ümməti üçün böyük mənəvi təsir buraxmış, ilahi dəyərlərin və dini biliklərin beynəlxalq səviyyədə yayılmasına ciddi töhfə vermişdir.