Pakistanda məktəb avtobusuna kamikadze hücumu olub, 5 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində məktəb avtobusunu hədəf alan kamikadze hücumunda 5 nəfər ölüb.

Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində ölən beş nəfər arasında ən azı üç uşaq olub.

Hadisənin baş verdiyi Xuzdar rayonunun icra başçısı Yasir İqbal bildirib ki, hərbi məktəbə gedən avtobusda 40-a yaxın şagird olub və bir neçə nəfər xəsarət alıb.

Pakistan Baş nazir Şehbaz Şərif və ordu rəsmiləri hücumu pisləyib.