Yəmən Ənsarullah hərəkatı İsrailə qarşı döyüş əməliyyatlarında iştirak etməyə hazır olan 82 min könüllü üçün hərbi hazırlığın başa çatdığını elan edib.
Bu barədə İranın dövlət xəbər kanalı "PressTV" məlumat yayıb.
Husilərin Səna şəhərində səfərbərlik işlərinə cavabdeh olan rəsmi nümayəndəsi Faiz əl-Xanəminin sözlərinə görə, bütün iştirakçılar “Əl-Əqsa Fırtınası” adlı proqram çərçivəsində hazırlıq mərhələsinin ilk hissəsini keçiblər.
O həmçinin qeyd edib ki, artıq ikinci mərhələyə start verilib və ilkin qiymətləndirmələrə görə, təkcə Sənada 100 minədək yeni əsgərin cəlb olunması planlaşdırılır.
Əl-Xanəmi əlavə edib ki, Ənsarullahın nəzarətində olan digər əyalətlərdə, Saada, Amran, Həccə və Caufda da oxşar təlim kursları keçirilir.
Bu açıqlama Yaxın Şərqdə davam edən gərginlik və xüsusilə İranla onun regiondakı müttəfiq silahlı qrupları tərəfindən səsləndirilən hərbi ritorikanın fonunda verilib.
Yəmənin İsrailə qarşı hərbi çağırışına 82 min döyüşçü səfərbər edildi