WhatsApp və Twitter-dən istifadə edən akademik üçün ölüm hökmü

Operativtv.com SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi ölkənin aparıcı akademiklərindən birinə ölüm hökmü çıxarıb.

Səudiyyə Ərəbistanının məhkəmə sənədlərində ölüm hökmünün səbəbi kimi professorun Twitter və WhatsApp-dan istifadə etməsi göstərilib. İnsan haqları müdafiəçiləri qərara sərt reaksiya versə də, Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin sosial media şirkətlərinə etdiyi maliyyə sərmayələri diqqət çəkir.

İngiltərədə yerləşən Guardian ilə paylaşılan məhkəmə sənədlərinə görə, Səudiyyə Ərəbistanında islahat tərəfdarı olan tanınmış hüquq professoru Twitter hesabı sahibi olmaq və WhatsApp-da krallığa qarşı hesab edilən xəbərləri paylaşmaq kimi cinayətlərə görə ölüm cəzasına məhkum edilib.

2017-ci ilin sentyabrında 65 yaşlı Avad Əl-Qarninin həbsi o zaman yeni təyin olunmuş vəliəhd Məhəmməd bin Salmanın müxalifətə qarşı repressiyasının başlanğıcı oldu. Əl-Qarniyə qarşı irəli sürülən ittihamların təfərrüatlarını ötən il krallıqdan Böyük Britaniyaya qaçan oğlu Nasir media ilə bölüşüb.