"Xural TV"nin rəhbəri, il yarımdır həbsdə olan Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilib. Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Ə.Zeynallı rüşvət alma, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə suçlu sayılıb.
Ə.Zeynallı isə birlikdə mühakimə olunan "Səda TV" idarəedicisi Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.
"Mən siyasi məhbus deyiləm, vicdan məhbusuyam. Haqqımdakı cinayət işi də sözün davasıdır", - Ə.Zeynallı son sözündə belə deyib.
Xatırlatma
Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.
E.Şükürov 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Ə.Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını söyləyir.
AzadlıqRadiosu
Əvəz Zeynallıya hökm oxundu