Mərhum deputat-akademik Cəlal Əliyevin vəkili olmuş Sümbülə Əliyeva 4 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub və şərti cəza ilə məhkəmə zalındaca həbsdən azad edilib.
S.Əliyeva külli miqdarda vəsaitin yeyintisində ittiham olunsa da, ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza verilib.
Prokuror da hökmdən öncə S.Əliyevaya 4 il cəza verilməsini təklif edib, amma həmin cəzanı həbsxanada çəkməsini istəyib.
MeydanTV
Vəkil Sümbülə Əliyeva 4 ay həbsdə saxlanılandan sonra azadlığa buraxılıb