Xəbər verdiyimiz kimi 2011-ci ildə həbs olan, ilahiyyatçı Hacı Abgül Süleymanovun Cəza Çəkmə Müəssisəsi dəyişdirilib.
3 həftədir cəza çəkmə müəssisəsi dəyişdirilən ilahiyyatçı Hacı Abgül Süleymanov ilk öncə karantinə, daha sonra karsa salınıb. 15 gün karsdan sonra isə o yenidən karantinə göndərilib. Onun "zon" daxilinə buraxılmaması istər "zon"un içindəki dindarlar, istərsə də azadlıqdakı dindarların narahtlığına səbəb olub. Bir neçə dindar 2 saylı CÇM-nə gedərək ruhaninin niyə "zon"a buraxılmamasını və "kars"a salınmasını "zon rəhbərliyindən dəqiqləşdirməyə çalışıblar. Rəisin müavinlərindən biri deyib ki, o "zon"a gələndə özünü yaxşı aparmayıb və "15 gün kars" cəzası alıb.
Qeyd edək ki, Hacı Abgül Süleymanov cəza çəkdiyi həbsxanalarda böyük nüfuz sahibdir və onlarla ağır cinayət törətmiş və hörmətli şəxslərin dinə-namaza gəlməsində rolu olub. Yaxınları ruhaniyə qarşı bu addımı qərəzli hesab edərək, ona qarşı təzyiqlərin tezliklə dayandırılması və hüquqi müstəvidə iş aparılması üçün vəkil tutublar. Yaxın günlərdə məsələ ilə bağlı yuxarı instansiyalara müraciət gözlənilir.
islamazeri.az
Vicdan məhbusu zona buraxılmır,kars, karantində saxlanılır

Oxşar xəbərlər