Türkmənistan hökuməti 40 yaşdan aşağı şəxslərin ölkəni tərk etməsinə qadağa qoyub.
Bununla bağlı “Azadlıq Radiosu”nun yerli bürosu məlumat verib.
Bildirilib ki, bəzi sakinlər miqrasiya xidmətinə turistik vizaları almaq üçün müraciət ediblər. Məmurlar viza verilməməsinin səbəblərini açıqlamayıblar.
“Miqrasiya idarəsinin əməkdaşları bildiriblər ki, yuxarıdan verilən tapşırıq əsasında yaşı 40-dan aşağı olan şəxslərin ölkədən çıxışına qadağa qoyulub.
Qadağanın səbəbləri açıqlanmır. Onlar dedilər ki, hamınız getsəz, bəs kim işləyəcək”, - radioya danışan sakinlər bildiriblər.
Miqrasiya idarəsinin nümayəndələri informasiyanı təsdiq və ya təkzib etməyib.
Türkmənistan hökuməti və KİV-ləri də qadağa ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.
Türkmənlərə ölkəni tərk etmək qadağan olundu

Oxşar xəbərlər