Sərkisyan Ermənistana, sonra Qarabağa gəldi

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
 
Report xəbər verir ki, o, 10 gün xaricdə səfərdə olub.
 
Bildirilib ki, S.Sarqsyan 3 gündür Xankəndidədir. Onun anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.
 
Başqa məlumatlara əsasən, S.Sarqsyan İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.
 
Qeyd edək ki, onun qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.