Sərhədsiz Həkimlər: İsrail son 12 gündə Qəzzada 800 fələstinlini öldürüb

Sərhədsiz Həkimlər iyunun əvvəlindən indiyədək işğalçı İsrail qüvvələrinin Qəzzaya qarşı güclü bombardmanları və amansız hücumları nəticəsində 800-dən çox insanın həlak olduğunu, 2400-ə yaxın insanın isə yaralandığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Beynəlxalq qurum əlavə edib: "İsrailin hücumlarda bütün ehtiyat tədbirlərini gördüyü bəyanatını qəbul edə bilmərik və bu bəyanat sadəcə bir iddiadır".

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının müstəqil komissiyası çərşənbə günü bir hesabat dərc edərək, "İsrail səlahiyyətlilərinin 7 oktyabr 2023-cü ildən Qəzzada hərbi əməliyyatlar və hücumlar zamanı həyata keçirilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığını açıqlayıb."

Bu komissiya həmçinin öz hesabatında qeyd edib ki, sionist rejimin aclıqdan müharibə üsulu kimi istifadə etməkdə, fələstinlilərin qəsdən öldürülməsi və mülki mövqelərə və fələstinli əsirlərə qəsdən hücumlarda, cinsi zorakılıqda, işgəncə və qeyri-insani və qəddarlıq kimi cinayətlərdə məsuliyyət daşıyır!