“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” redaksiyalarının işi məhdudlaşdırılacaq

Azərbaycan ərazisində fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” redaksiyalarının işi məhdudlaşdırılacaq.
Bu barədə fevralın 13-də hökumətyönümlü media mənbəyə istinadən yazıb.
Qeyd edilib ki, Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
"Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq olaraq, AZƏRTAC-ın Rusiyada nə qədər müxbiri işləyirsə, eyni sayda da "Rossiya seqodnya"nın ölkəmizdə müxbiri fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir", – yayılan məlumatda bildirilib.