Sosial medianı silkələyən prezident seçkiləri

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və prezidentliyə namizəd Əkrəm İmamoğlu, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş və Zəfər Partiyasının başqanı Ümit Özdağın, prezident və AKP lideri Ərdoğanın yer aldığı “dəmirbarmaqlı” seçki bülleteni sosial medianı silkələyib.

2014 və 2018-ci il prezident seçkilərində HDP-nin namizədi olmuş Səlahəddin Dəmirtaş 2016-cı ildən həbsdədir.

Prezident və AKP sədri Ərdoğanın digər rəqibləri Zəfər Partiyasının sədri Ümit Özdağ və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da bu il həbs edilib.

Ərdoğan, İmamoğlu, Dəmirtaş və Özdağın yer aldığı prezident seçkisi bülleteni sosial mediada dəfələrlə paylaşılıb.

Ərdoğanın hər üç potensial rəqibi bülletendə dəmir barmaqlıqlar arxasında təsvir edilib.

CHP sədri Özgür Özəl partiyasının prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsi ilə bağlı bu açıqlamaları verib:

"İmamoğlunun cinayəti Ərdoğanın rəqibi olmasıdır. Hamımız bilirik ki, İmamoğlunun həbsə atılmasının səbəbi onun keçmişdə cənab Tayyibə qalib gəlməsi və gələcəkdə onu məğlub edəcək gücə, fərasətə və əzmkarlığa malik namizəd olmasıdır".

Seçki bülleteni görənlərin ağlına Ümit Özdağın Ərdoğanın siyasi partiya lideri olması səbəbindən həbs olunması ilə bağlı Özəlin:

"Antaliyada törətdiyi iddia edilən cinayətə görə bir partiya lideri ya yaşadığı yerdə, ya da həmin şəhərdə saxlanılır. Amma cənab Ümit Özdağ saxlanılaraq İstanbuldan, Ankaradan aparılır. Bu qəbuledilməzdir. Daha sonra bu iddiadan əl çəkilir və o, Kayseridə bu siyasi işdə olduğu iddia edilən başqa bir cinayətə görə həbs edilir. Rəqiblər bir-bir ortadan qaldırılır, bu gün Türkiyədəki demokratiya ciddi bir təhlükə altındadır, çünki onlar da əvvəldən bir bağlanma davası ilə üzləşmişlər.”