Seyid Həsən Nəsrullah İslami Cihad Hərəkatının baş katibi ilə görüşüb

Hizbullahın baş katibi Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşüb.

Livan Hizbullah hərəkatının ictimaiyyətlə əlaqələr bölməsi bu gün səhər saatlarında bu hərəkatın baş katibi Seyid Həsən Nəsrullah və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəhlənin görüşdüyünü açıqlayıb.

Hizbullahın ictimaiyyətlə əlaqələr bölməsindən verilən açıqlamaya görə, görüşdə Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Həndi də iştirak edib. Bu görüşdə iki tərəf Fələstində, Livanda və regionda baş verən son hadisələri müzakirə edib və müqavimət oxunun hazırda üzləşdiyi hadisələri, təhdidləri və imkanları dəyərləndirib.

Bu görüş İran Milli İslam Şurasının Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vahid Cəlalzadənin başçılıq etdiyi İran nümayəndə heyətinin Hizbullahın baş katibi ilə görüşündən sonra Livan, Fələstin və regionda baş verən son hadisələrdən sonra baş tutub.