SEPAH Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib.

Operativtv.com APA-nın Tehran bürosuna istinadən məlumatına görə, Hörmuzqan əyalətinə yaxın sularda 90 min litr qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmi saxlanılıb.

Məlumatda gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb. 5 ekipaj üzvü həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.