Ruhani Hacı Əli Əliyevin növbəti məhkəməsi keçirilib

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ruhani Hacı Əli Əliyevin növbəti məhkəməsi keçirilib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, prosesdə ruhani Hacı Əli Əliyev özü də iştirak edib.
Prosesdə bir şahid dindirilib və ruhani Hacı Əli Əliyevin xeyrinə ifadə verib.
Növbəti məhkəmə iclası dekabr ayının 25-i saat 11:30-a təyin olunub.
Xatırladaq ki, ruhani Hacı Əli Əliyev bu il aprelin 6-da (Ramazan ayında) son zamanlar İranla Azərbaycan arasında gərginləşən münasibətlərin ardınca şərlənərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.