Bir neçə il əvvəl Milli Məclisdə müzakirəyə çıxarılan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ətrafında yaranan mübahisələr yenidən gündəmə gəlib. Xüsusilə süni mayalanma və daşıyıcı analıq kimi məsələlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əvvəlki etiraz mövqeyində qalıb.
Hazırda reproduktiv sağlamlıq məsələlərini tənzimləyən yeni qanunvericilik təşəbbüsünün gündəmə gəlməsi fonunda QMİ-nin bu məsələlərə münasibətinin dəyişmədiyi aydınlaşıb.
QMİ-dən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı ifadə olunan mövqe qüvvədə qalır və məsələyə münasibətdə hər hansı dəyişiklik yoxdur. “O vaxt nə bildirilibsə, onların hamısı gündəmdədir. Şəriət baxımından hansısa məsələlər olubsa, biz onları bildirmişik. Onlar dəyişməyən, imanent dəyərlərdir. Münasibət də o baxımdan dəyişmir”, - deyə idarədən bildirilib.
QMİ qeyd edib ki, hazırda yeni qanun layihəsi quruma təqdim edilməyib. Bu səbəbdən sənəddə əvvəlki iradların nəzərə alınıb-alınmadığı barədə konkret fikir söyləmək mümkün deyil.
İdarə xüsusilə süni mayalanma və daşıyıcı analıq məsələlərində mövqeyinin dəyişmədiyini vurğulayıb.
“Onunla bağlı biz artıq münasibətimizi formalaşdırmışıq. O münasibət dəyişməyəcək. Çünki o, şəriət baxımından əsaslandırılmış fikirlərdir”, - deyə QMİ-dən bildirilib.
QMİ-nin mövqeyi göstərir ki, reproduktiv sağlamlıqla bağlı yeni qanunvericilik təşəbbüsü yalnız hüquqi və tibbi məsələ kimi deyil, dini və ictimai baxımdan da həssas mövzu olaraq qalır. Xüsusilə, süni mayalanma və daşıyıcı analıqla bağlı əvvəlki iradların dəyişməməsi yeni layihənin müzakirəsində ciddi ictimai debatların yarana biləcəyini göstərir. Yeni sənədin məzmunu açıqlanandan sonra əsas məsələ əvvəlki dini iradların qanun layihəsində necə nəzərə alınacağının müəyyənləşməsi olacaq.
QMİ-nin süni mayalanma və daşıyıcı analıq kimi məsələlərə mövqeyi mənfi olaraq qalır

Oxşar xəbərlər