Pakistanda terror aktı törədilib, ölənlər və yaralılar var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistanın əyalətinin Kvette şəhərində partlayış zamanı yaralananlarla yanaşı ölənlər də var.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində bir polis əməkdaşı və yeniyetmə ölüb, yaralananların sayı 24-ü keçib.

Yaralananların əksəriyyətinin polis əməkdaşları olduğu bildirilir.

Partlayışın terrorist-kamikadzenin hücumu nəticəsində baş verdiyi, onun məqsədinin polislərin olduğu yük maşınını partlatmaq olduğu vurğulanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə “Təhriki-Taliban Pakistan” terror qruplaşmasının Pakistan hakimiyyəti ilə razılaşdırılan atəşkəs rejimini ləğv etməsindən və qruplaşma üzvlərinə bütün ölkədə hücumlar təşkil etməyi əmr etməsindən iki gün sonra baş verib.