Pakistanda terror aktı olub, 10 ölü, 30-dan çox yaralı var

Pakistanın Kvetta şəhərində hərbi birləşmələrin qərargahı yaxınlığında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Bu barədə yerli media məlumat yayıb.

Terror hücumunu törədən 4 nəfərin öldürüldüyü bildirilir.

Hələlik heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyib.