Pakistanda cümə namazı zamanı partlayış: ölənlər və yaralananlar var

Pakistanın Bəlucistan vilayətində yerləşən məsciddə cümə namazı zamanı partlayış törədilib.
 
Qaynarinfo xəbər verir ki, hadisə 2 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnib. Əraziyə təcili yardım və təhlükəsizlik əməkdaşları cəlb edilib.
 
Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.