Sionistlərin Hizbullah komandirinə qarşı təşkil etdiyi sui-qəsd əməliyyatı uğursuzluqla başa çatıb. Rejim ordusu 30 iyul 2024-cü il çərşənbə axşamı günü Beyrutun Seyyid Abbas Musəvi küçəsindəki Seyyidə Zeyneb binasına hücum edərək Livanın hava məkanını pozub.
İbrani mətbuatında dərc olunan şəkillərə görə, Benyamin Netanyahu şəxsən əməliyyat otağına gedib və bu sui-qəsd əməliyyatını idarə edib.
Sionist rejim mediası Hacı Muhsinə qarşı sui-qəsdi İmad Muğniyəni məhv etmək planı səviyyəsində təhlil edib və bir neçə dəqiqə sonra rejim ordusu bəyanat yayaraq, Hizbullahın raket bölməsinin komandiri və Seyid Həsən Nəsrullahın müşaviri Fuad Şükürün hədəfə alındığını bildirib. Müqavimətin yüksək səviyyəli komandirlərindən birinə qarşı sui-qəsd cəhdindən sonra Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri (UNIFIL) Hizbullahın reaksiyasının və müharibənin əhatəsinin genişlənməsinin qarşısını almaq üçün Livan və İsrail tərəfləri ilə əlaqə saxlayıb.
Bu hadisə ilə eyni vaxtda Sputnik xəbər agentliyi Livan Hizbullah Hərəkatından məlumatlı mənbəyə istinadən bu terror hücumunun uğursuzluğa düçar olduğunu elan edib və qısa müddət sonra Reuters xəbər agentliyi iki təhlükəsizlik mənbəsinə istinadən bu xəbəri təsdiqləyib.
Sionist rejim telekanallarından biri olan Kanal 13 yerli mənbələrə istinadən bu iddialarla çıxış edib: “Sui-qəsdin hədəfi olan şəxs İsrailin pilotsuz təyyarəsinin hücumundan əvvəl məkanı tərk edib. Bəzi analitiklər hesab edirlər ki, Məhəmməd əl-Dayfın uğursuz qətli ilə bağlı qalmaqaldan sonra Hacı Muhsinə qarşı sui-qəsd əməliyyatının uğursuzluğu Netanyahunun siyasi nüfuzuna və İsrail ordusunun uğur iddiasına zərbə vuracaq. Bu əməliyyatın uğursuzluğa düçar olması xəbərindən sonra yüksək səviyyəli İsrail rəsmiləri belə açıqlamalar veriblər: “Bu hücum Məcdəl əl-Şəms hadisəsinə son verə bilər və biz müharibənin əhatəsini genişləndirmək istəmirik.”
ABŞ daha əvvəl Hacı Muhsin kimi tanınan Fuad Şükürü 1983-cü ildə hərbi-dəniz bazasına hücum etmək ittihamı ilə “qara siyahı”ya salmış və həbsinə görə 5 milyon dollar mükafat təklif etmişdi. Bu tarixi hücumda 241 amerikalı həlak olub, 128 nəfər yaralanmışdı. Qeyd edək ki, adı ABŞ-ın sanksiya siyahısına daxil edilən ilk müqavimət komandiri Hacı Muhsin olub. Görünür, İsrail Beyruta hücumla bağlı ABŞ-ı artıq məlumatlandırmışdı.
Fuad Şükürün (Hacı Muhsin) sionist rejimlə mübarizədə cihad fəaliyyəti 1980-ci illərə təsadüf edir. Hacı Fuad Şükür Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın hərbi məsələlər üzrə baş müşaviridir. Hacı Möhsin Suriya vətəndaş müharibəsində təkfirçi sələfi terrorizmi ilə mübarizədə Hizbullah qüvvələrinin və Suriya ordusunun təlimindən məsul idi. O, Hizbullahın ən yüksək hərbi orqanı olan Cihad Şurasının yüksək səviyyəli üzvüdür və İmad Muğniyənin yaxın dostu idi.
Öldürüldüyü deyilən Hizbullahın baş komandanı “Hacı Muhsin” (Fuad Şükür) kimdir?