Ənsarullah: Son 24 saatda 3 gəmini hədəf aldıq

Yəmən Ənsarullah Hərəkatı son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə vurduqlarını açıqlayıb.

Ənsarullah Hərəkatının sözçüsü Yəhya Səri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib. Səri, Ənsarullahın Oman dənizində Verbena gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını bildirib.

Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmilərinin də birbaşa ballistik raketlər və İHA-larla vurulduğunu qeyd edən Səri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Səri bildirib ki, hücumlar “Fələstin xalqına qarşı zülmün qələbə çalmasına, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq” həyata keçirilib.

Yəhya Səri vurğulayıb ki, “Sionist İsrailin hücumları dayanmayınca və Qəzza zolağında Fələstin xalqına qarşı tətbiq olunan blokada aradan qaldırılmadıqca bu hücumlar dayanmayacaq”.