Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirilib. FaktXəbər-in məlutına görə, yeni avtobusların gətirilməsi “Xaliq Faiqoğlu” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Belə ki, alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.
Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin modeli olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait, o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir.
Avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakıya gətiriləcək.
Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirildi

Oxşar xəbərlər