"Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər" - Mais Ağayev
2020-ci ildən Bakı şəhərində fəaliyyət göstərən bütün avtobusların mütləq əksəriyyəti kart sisteminə keçəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev söyləyib. O bildirib ki, hazırda avtobusların kart sisteminə keçidinin təmin olunması üçün ciddi işlər aparılır:
"Hazırda Bakıda fəaliyyət göstərən 2100 avtobusdan 503-ü kart sisteminə keçib. Bu isə ümumi avtobus parkının 25 faizini təşkil edir. Avtobusların kart sisteminə keçidi təmin olunduqdan sonra dayanacaqlarda olan nəqliyyat informasiya monitorlarının da fəaliyyəti bərpa olunacaq. Bununla sərnişinlər avtobusların gəlmə vaxtını dəqiq biləcəklər".
Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı

Oxşar xəbərlər