Nigeriya ordusu paytaxt Abucada İmam Hüseynin (ə) Ərbəin mərasimini keçirən müsəlmanlara hücum edib. Nəticədə 21 nəfər həlak olub.
FaktXeber.com-un YeniAhval-a istinadla verdiyi məlumata görə, bu barədə Nigeri İslam Hərəkatının sözcüsü İbrahim Mussa bu barədə xəbər yayıb.
Xatırladaq ki, Nigeriya Ordusu şənbə günü İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıq mərasiminə hücum etmişdi. Nəticədə 10 nəfər həlak olmuşdu.
Beləliklə, əzadarlıq mərasimlərində şəhid olanların sayı 31-ə yüksəlib.
İbrahim Musa mərasimə qatılanların Nigeriya İslam Hərəkatının lideri İbrahim Zəkzakinin azadlığa buraxılması tələbi ilə də çıxış etdiklərini bildirib.
Xatırladaq ki, Nigeriya ordusu 2015-ci ilin dekabr ayının 13-də ölkənin şimalında Zaria şəhərində həyata keçirdiyi hücum nəticəsində Şeyxt Zəkzakini və xanımını həbsə almışdı. Həmin hücumda hərəkatın liderinin 3 oğlu da daxil olmaqla yüzlərlə insan şəhid edilmişdi
Nigeriyada əsgərlər Ərbəin mərasimində əzadarlara hücum edib

Oxşar xəbərlər