Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan Seysmoloqlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirtdiyi “Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli ölkə ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib.
O, ölkədə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb.
Şöbə müdiri ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbini də açıqlayıb. O, bunun iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb.
T.Məmmədli Bakı şəhəri, Xətai rayonu ərazisində olan köhnə, sovet dönəmində tikilən beşmərtəbəli binalarda zəlzələ riskinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, orada ehtimal olunan seysmik təhlükə 8 balla qiymətləndirilir.
Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb

Oxşar xəbərlər