Bakı məktəbində gözyaşardıcı qazdan istifadə edən şagird və atası saxlanıldı

Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.
 
Baku.ws xəbər verir ki, məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb.
 
"Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, - deyə məktəb nümayəndəsi bildirib.
 
Qeyd edək ki, məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.