Azərbaycanda vəkillik institutunun durumu Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI) təşkilatçılığı ilə Varşavada müzakirəyə çıxarılıb.
Sentyabrın 12-də Varşavda ATƏT-in insan haqları və demokratiyaya dair illik konfransı çərçivəsində keçirilən müzakirələrdə Rusiya, Qazaxıstan, Tacikstan, Belorus və Paris Vəkillər Kollegiyasının rəsmiləri və ATƏT məkanına daxil olan ölkələrdən gəlmiş vəkillər, hüquqşunaslar iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycanda vəkilliyin durumu ilə bağlı müstəqil hüquqşunas Nicat Məmmədbəylinin çıxışı dinlənilib. Çıxışı və ümumiyyətlə müzakirələrin məzmunu barədə Turan-a N.Məmmədbəyli özü məlumat verib.
N.Məmmədbəyli Azərbaycanda son zamanlar vəkillik sahəsindəki gəlişmələrdən danışıb. O, qeyd edib ki, 2017-ci ildə vəkilliklə bağlı qanunvericiliyə dəyişiklik edilib. Həmin dəyişikliklə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qadağa qoyulub. Çıxışçı həmçinin, vəkillərin sayının azlığından, adambaşına düşən vəkil sayı parametri üzrə Azərbaycanın aşağı göstəricilərə malik olmasından bəhs edib.
Vəkillərə, xüsusilə siyasi məzmunlu işlərə çıxan vəkillərə basqılar, onların Vəkillər Kollegiyasından uzaqlaşdırılması məsələsi də müzakirələrdə vurğulanıb. N.Məmmədbəyli 10-a yaxın azərbaycanlı vəkilin qanuni əsas olmadan, prokurorluğun müraciəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılan vəkillər siyasi motivlərlə həbs edildiyi bildirilən, hüquq müdafiə təşkilatlarının "siyasi məhbus" elan etdikləri şəxslərin vəkilləri olublar.
N.Məmmədbəyli Azərbaycanda vəkillərin etik davranış kodeksinin problemli oldugunu, vəkillərin ifadə azadlığını məhdudlaşdıran məzmun daşıdığını vurğulayıb.
Konfrans vəkilliyin durumunun yaxşılaşdırılması yolları ətrafında müzakirələrini davam etdirir.
2017-ci ilin sonundan Azərbaycanda məhkəmələrə yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillər çıxa bilərlər. Bundan başqa hüquqi şəxslərin kollegiya üzvü olmayan hüquqşunaslarının məhkəmələrdə təmsilçiliyinə icazə verilir.
Azərbaycanda vəkillərin sayının 1500 nəfərə yaxın olduğu bildirilirı.
Bunun fonunda son 7 ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Y.İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.
Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib. Son olaraq vəkil İradə Cavadova cəzalandırılıb.
Bu yaxınlarda isə Baş Prokurorluğun vəkil Elçin Sadıqovla bağlı tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət etdiyi bildirilir.
Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.
Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.
Bu il, eyni zamanda, Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərdən ötrü test imtahanı da keçirilib. Bu proses bir neçə il idi dayanmışdı. Hazırda ölkədə mindən çox vəkilin fəaliyyət göstərdiyi bildirilir.
Azərbaycanda vəkilliyin durumu Varşavada müzakirə edilib

Oxşar xəbərlər