"Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub"

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub.
 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahan­larının mərkəzləşdirilmiş qaydada keçiril­mə­si ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başla­yıb. İmtahanın məzmunu ilə bağlı standartların, qə­bul proqram­ları­nın hazır­lan­ması məqsə­dilə 1994-cü ildən etibarən ekspert qrup­ları yaradılıb, elmi-metodiki semi­narlar təşkil olun­umuş və bu sistem ilbəil təkmilləş­diril­ib.
 
M.Abbaszadə qeyd edib ki, keçən 27 il ərzində imta­han­ların məzmun və forma­sında aparılan dəyişik­liklər abituriyentlərin imta­hanlara daha effek­tiv hazır­laş­malarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarıl­masına kömək göstər­ib:
 
"2017-ci ildən abituri­yentlərin ali təhsil almaq imkan­larını artır­maq məqsədilə qaydalarda dəyişik­liklər edilib. On­lara cari tədris ili çərçi­vəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul im­ta­ha­nların­da iki dəfə iştirak etməyə icazə veril­ib. Bu ildən isə müx­təlif ixtisas qruplarını da seçmək imkanının yaradıl­ması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nü­mayiş etdirmək şansı yaratdıb. Təbii ki, bü­tün bu dəyişikliklər abituri­yentlərin nəticə­lərinə ilbəil öz müsbət təsirini gostərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub".
 
M.Abbaszadə əlavə edib ki, 2008-ci ildən başla­yaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kuriku­lumlarının tətbiqinə başlanıb: "Təhsil sahə­sində həya­ta keçirilən bu islahatlar biliyin qiymət­lən­dirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan mo­de­linə uyğun keçiriləcək".