İlahiyyatçı "zon"a niyə buraxılmır?

Dünən ilahiyyatçı Hacı Abgül Süleymanovun ailəsi 2 saylı CÇM-də onunla görüşüb. Orada baş verənlər haqda ruhani həyat yoldaşına danışıb.

İslamazeri.com-a danışan ruhaninin həyat yoldaşı  Hacı Abgül Süleymanovun hələ də, cəzaçəkmə müsəssisəsinə buraxılmadığını bildirib.

"Hacı zonda baş verənləri bizimlə bölüşdü. Dediki, zona gələn kimi rəhbərlik onunla görüşüb. Ondan çıxışlarına görə, peşman olması haqda sual soruşublar. O "haqq sözlərimə görə, heç vaxt peşman olmamışam və olmayacam" - deyib. Bundan sonra onu cəza kamerası - "kars"a salıblar. Kars müddəti bitdikdən sonra yenə karantinə gətiriblər. Dünən (7 avqust) karantin müddəti bitməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinə buraxmadılar. Təzyiqlər və basqılar onun ruhiyyəsində təsir etməsə də, cismi narahatçılıqlar və xəstəliyinə görə, bizdən gizlətsə belə, narahatlığını hiss etdim.", -deyə ruhaninin həyat yoldaşı Zəhra Süleymanova önə çəkib.

Ruhaninin həyat yoldaşı bu təzyiqlərlə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini və bu məlumatı oxuyan bütün insan haqları müdafiəçilərinə işlə bağlı maraqlanmağı xahiş edib.