Dayanacaqdakı yanğınla bağlı rəsmi açıqlama - “51 maşın yanıb, 200-ü mühafizə olunub”

Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.
 
Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
 
Yanğın zamanı xəsarət alan olmayıb.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.