Binəqədidə yaşayış binasında yanğın

Binəqədi rayonunda yaşayış binasında yanğın olub.

Hadisə Koroğlu 74 ünvanında beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşın cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın artıq söndürülüb. Ətraf binalar yanğından mühafizə edilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi məlum olmasa da, ehtimallara görə, hadisə elektrik xətlərində yaşanan qısaqapanmadan olub.