İsraildə nəşr olunan "İsrail Hayom" qəzetində dərc olunmuş bir məqalədə Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik hədəfə alınıb. Siyasi analitik Şey Qal "Bir Millət, İki Dövlət" konsepsiyasının Azərbaycanın müstəqil qərar qəbuletmə proseslərini məhdudlaşdırdığını iddia edərək, Bakı administrasiyasını Ankara ilə siyasi koordinasiyasını azaltmağa çağırıb.
Məqalədə iddia edilir ki, Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana hərbi dəstəyi ona Bakı üzərində siyasi hakimiyyət qurmaq hüququ vermir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamalı və bu prosesdə Türkiyənin təsirini azaltmalıdır. Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələri şübhə altına alan müəllif iki ölkənin ortaq maraqlarının həmişə üst-üstə düşmədiyini irəli sürüb.
Məqalədə həmçinin Azərbaycanın Şimali Kipr Türk Respublikasına dəstəyi də hədəfə alınıb. İddia edilirdi ki, Bakı Türkiyənin Kipr siyasətini dəstəkləməklə öz diplomatik maraqlarına zərər verir.
Həmçinin, Azərbaycanın 1915-ci il hadisələri ilə bağlı Türkiyənin mövqeyini qəbul etməsi tənqid olunub. Qal iddia edib ki, Bakı Ankaranın tarixi və siyasi fikir ayrılıqlarını qəbul etməməlidir.
Məqalənin ən diqqət çəkən hissələrindən biri Türkiyənin regional təsirinə alternativ olaraq təklif olunan yeni əməkdaşlıq şəbəkəsi olub.
İsrail, Yunanıstan və Cənubi Kipr arasında müdafiə və enerji əməkdaşlığının Ermənistana da şamil edilməsi təklif edilib. Həmçinin bildirilib ki, Azərbaycan bu quruma Ankaradan asılı olmayan tərəfdaş kimi daxil edilməlidir.
Hindistanı, Körfəz ölkələrini və Avropanı birləşdirməyi hədəfləyən İsrailin IMEC layihəsi də Türkiyə mərkəzli Orta Dəhlizə alternativ kimi təqdim edilib.
Müəllif həmçinin iddia edib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi inteqrasiya İsrail texnologiyalarının və əməliyyat məlumatlarının Ankaraya çatmasına səbəb olmamalıdır. Məqalənin sonunda Bakı administrasiyasından Ermənistanla sülh müqaviləsi imzalamaq, Şuşa Bəyannaməsindəki siyasi koordinasiya müddəalarını nəzərdən keçirmək və Türkiyənin xarici siyasət seçimlərinə dəstəyi azaltmaq tələb olunur.
"İsrail Hayom" qəzeti növbəti dəfə Türkiyə-Azərbaycan arasındakı strateji müttəfiqliyi hədəfə alınıb