Türkiyə Böyük Millət Məclisi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış Məkkə Qarşılıqlı Müdafiə Sazişini təsdiqləyib.
Türkiyə mətbuatı xəbər verir ki, 600 nəfərlik qanunvericilik məclisi üzvlərinin əksəriyyəti sənədin təsdiqini dəstəkləyib. Sənədin lehinə 279 millət vəkili, əleyhinə isə 119 millət vəkili səs verib.
Məkkə Sazişlərini təsdiq edən qanun layihəsi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən parlamentə təqdim edilib.
Xatırladaq ki, Məkkə Sazişləri 7 avqustda Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. 5 oktyabrda sazişin tərəfləri birgə müdafiə öhdəliklərinin praktiki şəkildə həyata keçirilməsinə doğru irəliləmək və razılaşdırılmış hərbi qüvvələrin və aktivlərin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün addımlar atmaq qərarına gəliblər.
Türkiyə parlamenti Məkkə Sazişini təsdiqlədi