“Qalatasaray” “Ştutqart”ı məğlub etdi

Noyabrın 3-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turuna start verilib.

Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşıb.

“RAMS Park” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Qarşılaşma İstanbul təmsilçisinin üstünlüyü ilə başlayıb. Komanda erkən qola sevinib. Aleksey Batrakov fərqlənib. Rusiyalı futbolçu çox keçmədən dublunu rəsmiləşdirib - 2:0.

"Qalatasaray" bu qələbə ilə xallarının sayını 6-ya çatdırıb.