Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerləşən Əhli-beyt (ə) məscidində Peyğəmbərin (s) əziz qızı, xanımlar xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri münasibətilə növbəti əza məclisi təşkil olunub. Məclisdə dəyərli ruhani İmzad Süleymanov çıxış edərək Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatına, məruz qaldığı müsibətlərə və şəhadətinə səbəb olan tarixi hadisələrə toxunub.
O, xanım Zəhranın (s.ə) uca məqamından, fəzilətlərindən və İslam tarixindəki misilsiz mövqeyindən bəhs edib. Həmçinin Qurani-Kərimdə Həzrət Zəhra (s.ə) haqqında nazil olmuş ayələrin mənasını və mahiyyətini açıqlayaraq, əziz Peyğəmbərin (s) o xanımın fəzilət və məqamı barədə buyurduğu hədislərdən nümunələr gətirib.
Daha sonra məscidin axundu Hacı Rahid Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəninə mərsiyə və rövzə oxuyaraq iştirakçıları xanımın qəmli müsibətləri ilə bir daha tanış edib.
Məclis məddah Ramiz Müəzzinin Həzrət Zəhranın (s.ə) müsibətinə həsr olunmuş növhələri ilə davam etdirilib və mənəvi hüzn dolu anlarla yekunlaşıb.
Sonda Həzrət Fatimeyi-Zəhranın (s.ə) əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb və mərasim iştirakçılarına ehsan təqdim olunub.
Əhli-beyt (ə) məscidində Həzrət Zəhranın (s.ə) şəhadət günləri münasibətilə əza məclisi keçirilib

Oxşar xəbərlər