Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani İsrailin Baş naziri Binyamin Netanyahunu "müharibə cinayətkarı" adlandırıb. Al Tani bildirib ki, bölgədəki gərginliyə baxmayaraq, Qətər öz diplomatiya və vasitəçilik səylərini davam etdirəcək.
Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağında baş verən hadisələrə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Qəzza zolağında cərəyan edən hadisələrin müharibə cinayətləri təşkil etdiyini bildirən Al Tani bəyan edib: "Netanyahu müharibə cinayətkarıdır".
O, həmçinin İsrailin ötən il Dohaya qarşı həyata keçirdiyi hücumu pislədiyini bir daha vurğulayıb. Vasitəçilərin hədəf alınmasının təhlükəli presedent yaratdığını qeyd edən Al Tani bildirib: "Netanyahu 'qırmızı xətti' keçib".
Al Tani vurğulayıb ki, bölgədəki bütün mürəkkəbliklərə baxmayaraq, Qətər öz diplomatik təşəbbüslərini və sülh naminə vasitəçi rolunu davam etdirəcək.
Regional böhranlar haqqında danışarkən Al Tani qeyd edib ki, müharibənin təsirləri İran və regionun sərhədlərini aşaraq qlobal iqtisadiyyatı təhdid edir. ABŞ administrasiyası ilə koordinasiya şəraitində ABŞ və İran arasında diplomatik həll yolu tapmaq üçün səylərini davam etdirdiklərini bildirən Al Tani qeyd edib ki, vasitəçilik prosesi çətin olsa da, pərdəarxası diplomatiya irəliləyiş əldə etmək üçün ən effektiv üsullardan biri olaraq qalır.
Regional gərginliyi azaltmaq üçün üç əsas məsələnin həllinin vacibliyini vurğulayan Al Tani onları aşağıdakı kimi sadalayıb:
"Birincisi, sanksiyaların ləğvi yolu ilə İranın dinc məqsədli nüvə enerjisi hüququna təminat verərkən, eyni zamanda ABŞ tərəfini və Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) qane edən nüvə sazişinə nail olmaq. İkincisi, Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək və bu məsələ ilə bağlı istənilən razılaşmanı beynəlxalq hüquqa tabe etmək. Üçüncüsü isə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və İranın iştirakı da daxil olmaqla, regionda təhlükəsizlik tədbirlərini təkmilləşdirmək".
Qətərin Baş naziri: Netanyahu "qırmızı xətti" keçib