"Barselona"nın oyununda 7 qol vuruldu

İspaniya La Liqasında III tura yekun vurulub.

Turun son matçı Barselonada baş tutub. Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Rayo Valyekano" ilə qarşılaşıb.

7 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "Barselona"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.