Hörmüz boğazında Britaniya tankerinə atəş açılıb

Hörmüz boğazında Britaniya tankerinə silahlı hücum edilib.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb. Bildirilir ki, hadisə avqustun 29-da Omanın Xasab şəhərindən 22 kilometr şimalda, gəmi Körfəzə doğru hərəkət edərkən baş verib.

UKMTO-nun bəyanatında tankerin boğazdan keçərkən naməlum mərmi ilə vurulduğu bildirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ya ciddi dağıntı qeydə alınmayıb.