Yeni təhsil ilinin başlanğıcına günlər qalır. Artıq məktəblə bağlı valideynlərin hazırlıq prossesi, hərəkətlənməsi müşahidə olunur. Yeni məktəbli geyimlərindən qələm dəftərə qədər bütün detalların hesablandığı qayğılı, yetərincə bahalı bu dönəm bəzi valideynləri mənəvi bir narahatlıqla da baş-başa qoyub. Görəsən keçən təhsil dövründə baş örtüyü səbəbindən təhsildən uzaqlaşdırılan qız uşaqlarının bu il təhsil almasına icazə veriləcəkmi?
2026-cı ilin elə ilk aylarından Bakı və bölgələrdə bəzi məktəblər qız uşaqlarının baş örtüyünə etiraz edilərək onlar məktəbə buraxılmadı. Təhsil ilinin sonuna qədər dərslərdən məcburən uzaqlaşdırılan qız uşaqlarının sayı yüzləri aşdı. Valideynlər, hətta şagirdlər məsələyə etiraz etsələr də, məktəb rəhbərliyi bu məsələdə israrlı olaraq “ya məktəb, ya da hicab” deyib uşaqların təhsil ocaqlarına gəlişini qadağan etdi.
Məsələyə Təhsil Nazirliyi, Təhsil Baş İdarəsinin yanaşması da, neytral oldu. Məhdudiyyətlə üzləşən valideynlər Təhsil Nazirliyinə ünvanladıqları müraciət Təhsil Baş İdarəsinə yönləndirilərkən onlar da bu məsələdə “həssaslıq” göstərib işi məktəb drektorlarının ixtiyarına verdilər. Drektorların valideynlərə cavabları isə aşağı-yuxarı eyni səsləndi “yuxarıdan tapşırıq belədir, olmaz”.
Təhsil üzrə ekspertlər qanunla hicabla məktəbə gəlməyə məhdudiyyət qoyulan heç bir qadağanın olmadığını bildirərək drektorların qətiyyən şagirdləri fundomental hüquq olan təhsilalma hüququndan məhrum etməyə haqlı olmadıqlarını bildirir. Hətta məsələ ilə bağlı valideynlərin məhkəməyə belə müraciət etmələrini onlardan istəyir. Lakin “kimə kimdən” məntiqində valideynlərin nə müraciəti, nə etirazı heç bir fayda vermir. Şagirdlər ötən təhsil ilinin son aylarını təhsildən uzaqlaşdırılaraq məsələnin həll ediləcəyinə ümid edərək ili bitirdilər.
İndi yeni tədris dövrünün başlanğıcında valideynlər dövlətdən bu məsələnin həllində addım atacağı gözləntisi ilə əndişəlidirlər.
Ötən ilin qadağa sistemi bu təhsil dövründə ləğv ediləcək, yoxsa davamında eyni tendensiya növbəti məktəblərə də sıçrayış edərək qadağa senarisi genişlənəcək?!
Hələlik dərslər başlamadığı üçün dəqiq bir söz söyləmək çətindir. Bunun üçün sayılı günləri gözləmək və yalnız hakimiyyətin bu məslənin həllinə diqqətli olmağa ümid etməkdən başqa çarə qalmır.
Yeni təhsil ilinin başlanğıcı: Ötən il təhsildən uzaqlaşdırılan şagirdlərin vəziyyətində nəsə dəyişəcək?