Ermənistan tərəfinin iddialarının əksinə olaraq İran, TRIPP məsələsində Ermənistanla ilkin razılıq əldə edilməyib. Bu barədə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının müşaviri general-mayor Rəhim Səfəvi bildirib.
Bundan əlavə, o, tərəflər arasında "nə real anlaşma, nə də ortaq dil" olduğunu və İranın Ermənistana açıq şəkildə qırmızı xətlərini göstərdiyini vurğulayıb.
"Əgər İran ABŞ-nin Fars körfəzindəki mövcudluğuna qarşıdırsa, niyə Amerikanın Cənubi Qafqazdakı mövcudluğuna razı olmalıdır? Başqa sözlə, Tehran üçün məsələ yalnız yolda deyil. İran TRIPP-ə sərhədlərinə yaxın Amerika strateji mövcudluğu baxımından baxır", - deyə o qeyd edib.
Ermənistan mediasının məlumatına görə, bu, İranla məsələnin həll olunduğu və ya həll olunmağa yaxın olduğu fikrini faktiki olaraq təkzib edir.
Səfəvi hətta xəbərdarlıq edib ki, marşrutun təhlükəsizliyinə görə məsuliyyət Amerika ordusuna verilərsə, İran cavab vermək və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.
Bu açıqlamadan sonra ictimaiyyəti İranın narahatlıqlarının ikinci dərəcəli və ya texniki xarakter daşıdığına inandırmaq artıq çətindir.
Eyni zamanda, İranın mövqeyində son dərəcə vacib bir nüans var. Səfəvi deyir ki, Ermənistan sərhədçiləri sərhədi və marşrutları müstəqil şəkildə idarə etsəydilər, daha doğru olardı. Buna görə də, İranın problemi yolun mövcudluğunda deyil, ətrafında Amerika təhlükəsizlik qüvvələrinin olmasındadır.
Ermənistan tərəfinin iddiaların əksinə olaraq İran, TRIPP məsələsindən nəinki narazıdır, hətta…