Yəmən Aramco neft emalı zavoduna hücum etdi

Yəmən Silahlı Qüvvələri cümə axşamı bir daha Aramco neft obyektlərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldı.

Yəmənli bir hərbi mənbə ölkənin silahlı qüvvələrinin Cizan bölgəsindəki Aramco neft emalı zavodunu hədəf aldığını açıqladı.

Mənbə əməliyyatın iki PUA ilə həyata keçirildiyini bildirdi və PUA-ların hədəfləri dəqiq vurduğunu vurğuladı.

Mənbə həmçinin bu hücumların Yəmənin Səədə və Həccə əyalətlərində hava məkanının və suverenliyinin pozulmasına cavab olaraq həyata keçirildiyini bildirdi.

Hərbi mənbənin məlumatına görə, Yəmən Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirib və suverenliyinin hər hansı bir pozulmasına qətiyyətlə cavab verəcək.

Başqa bir hərbi mənbə bir neçə saat əvvəl Ənsarullahın Hadramut əyalətinin Əl-Əbr bölgəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən qüvvələrin mövqelərinə yeni bir pilotsuz təyyarə hücumu etdiyini bildirdi.

Bu məlumatlı hərbi mənbəyə görə, bu gün Əl-Əbr bölgəsində keçirilən Ənsarullah əməliyyatında iki nəfər həlak olub, 15 nəfər yaralanıb.

Yəməndəki Səudiyyə Ərəbistanı muzdlularına yaxın bəzi media mənbələri də Əl-Ruveyk zolağında yol kənarına qoyulmuş bomba partlayışı barədə məlumat veriblər. Mənbələr yazıblar ki, Səudiyyə Ərəbistanının iki yüksək rütbəli zabiti - Rakan Abdullah əl-Şəhri və Abdullah Musaid əl-Talhi - Səudiyyə Ərəbistanı hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi Əl-Ruveyk səhrasından (Marib əyalətinin şimal-şərqində yerləşir) keçərkən əldəqayırma partlayıcı qurğunun (İPQ) partladılması nəticəsində həlak olublar.

Yəmən təhlükəsizlik mənbəyi bu gün qərb sahilində istefa vermiş Yəmən hökumətinə sadiq dəniz qüvvələri ilə Ənsarullahın partlayıcı maddələrlə dolu pilotsuz sualtı vasitələri (İHA) arasında toqquşmaların baş verdiyini və nəticədə iki PUA-nın partladıldığını bildirib.