İlahiyyatçı Tale Bağırzadəyə qarşı təzyiqlər bu dəfə onun cəza çəkdiyi Umbakı həbsxanasında özünü göstərib. Belə ki, rəsmi qaydada görüş günü kimi müəyyən edilmiş 25 iyul tarixində ailənin əvvəlcədən müəssisə rəhbərliyi ilə razılaşdırdığı görüşə həbsxana rəhbərliyi son anda, heç bir səbəb göstərmədən maneə yaradıb və ailəni görüşə buraxmayıb.
Məsələ ondadır ki, ailə günlərdir hazırlaşdığı bu görüşü kiçik oğullarının ad gününə təsadüf etdiyinə görə xüsusi olaraq planlaşdırmışdı. Ad gününü birlikdə keçirmək üçün hazırlıq görən ailə müəssisəyə gəlsə də, rəhbərliyin qəfil qərarı ilə görüşə icazə verilməyib və onlar geri qaytarılıb.
Ailə bildirir ki, bütün bunlar təsadüfi deyil və ardıcıl şəkildə qarşılaşdıqları qadağalar Tale Bağırzadəyə yönəlmiş növbəti təzyiqin göstəricisidir. Əks halda, hətta erməni məhbuslarına belə göstərilən diqqətin fonunda azyaşlı bir uşağın atasının sevgisini hiss etmək üçün gəldiyi görüşün səbəbsiz yerə ləğv edilməsinin hansı adı ola bilərdi?
Tale Bağırzadəyə qarşı təzyiqlər davam edir