Yəmən Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etdi

Yəmən Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edib. Bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) rəsmisi Yəhya Sərii bəyan edib.

Qeyd edilib ki, bu addım Səudiyyənin Yəmən paytaxtına qarşı tətbiq etdiyi blokadaya cavab olaraq atılıb.

Yəmən Ordusunun rəsmisi bildirib ki, Səudiyyə Ərəbistnaı 12 ilə yaxındı ki, Yəmənə və Yəmən xalqına insanlığa sığmayan mühasirə tətbiq edir və Yəmənin sərvətlərini talayır, bu isə Yəmən üçün qəbuledilməzdir.

O, Səudiyyəyə qarşı tətbiq edilən dəniz mühasirəsinin dərhal qüvvəyə mindiyini elan edib. Sərii əlavə edib ki, bu qərar Yəmən xalqının qanuni müqavimət haqqı çərçivəsində qəbul edilib.

Vurğulanıb ki, bu tədbir “gözə göz” prinsipi əsasında görülüb və əzəmətli Yəmən xalqının blokadaya bloka ilə, istənilən eskalasiyaya da eskalasiya ilə cavab vermək haqqı var.

O, Yəmən xalqını hər cür ssenariyə və hər cəbhədə hazır olmağa çağırıb.

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı Səna beynəlxalq hava limanına hücum edib. Cavab olaraq ki, Yəmən ordusu Səudiyyənin Əbha beynəlxalq hava limanıa ballistik raketlərlə zərbələr endrib.

Qeyd edək ki, Yəmən dünya iqtisadiyyat üçün strateji əhəmiyyə daşıyan Bab əl-Məndəb boğazına – Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə Hind okeanı ilə Aralıq dənizini (Avropanı) birləşdirən nöqtəyə nəzarət etmək imkanına sahibdir.