Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, ölənlər var

Rusiya iyulun 16-na keçən gecə Kiyevə ballistik raketlərlə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Bu barədəd "Glavred.info" Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, Svyatoşın rayonunda raket anbar binalarına düşüb.

Darnitski rayonunda isə raketin qalıqları qeyri-yaşayış tikililərinin yerləşdiyi əraziyə düşüb, digər ünvanda isə qeyri-yaşayış binasına zərbə endirilib.

Kliçko qeyd edib ki, həm Svyatoşın rayonundakı anbarlarda, həm də Darnitski rayonundakı qeyri-yaşayış ərazilərində yanğınlar baş verib.