DÇ-2026: Braziliya və Mərakeş qrupun son oyunlarında qələbə qazanıblar

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.

İlk oyun günündə C qrupunun iki görüşü baş tutub.

Mərakeş millisi Haiti ilə qarşılaşıb. Afrikalılar 2 dəfə geriyə düşdüyü qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb: 4:2.

Bu nəticədən sonra Mərakeş 7 xalla qrupu 2-ci pillədə tamamlayıb. Haiti son pillədə qərarlaşaraq mundialı xalsız tərk edib.

Qrupun digər matçında isə Şotlandiya Braziliya ilə münasibətlərinə aydınlıq gətirib. Görüş "sambaçılar"ın 3:0-lıq qələbəsiylə başa çatıb. Xallarının sayını 7-yə çatdıran Braziliya qrupu ilk pillədə bitirib. Şotlandiya isə 3 xalla 3-cü yerdə qərarlaşıb.

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənib.

DÇ-2026
B qrupu, III tur
25 iyun
02:00. Mərakeş - Haiti 4:2

Qol: Bono (ö.q), 10, Hakimi, 39, İsidor, 43, Saibari, 45+1, Rahimi, 78, Yassine, 89

02:00. Şotlandiya - Braziliya 0:3

Qol: Vinisius, 7, 45+4, Kunya, 61