Tramp komandasından daha bir aparıcı sima ayrıldı

Trampın Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard istefa verdi.

Tulsi Qabbard Trampın ABŞ prezidenti kimi ikinci müddətinin əvvəlində milli kəşfiyyat direktoru təyin edilmişdi. Qabbard cümə günü ərinin səhhətinin pisləşməsini əsas gətirərək istefa verdiyini açıqladı.

Demokrat Partiyasının keçmiş üzvü olan Qabbard, 2020-ci il partiyasının ilkin seçkilərində hərbi müdaxilə əleyhinə proqramla prezidentliyə namizədliyini irəli sürmüşdü. Daha sonra o, mübarizədən çəkilmiş və ABŞ-ın növbəti prezidenti olacaq Co Baydeni dəstəkləmişdi.

Qabbard 2022-ci ildə Demokrat Partiyasından ayrılıb və həmin ilin sonunda Respublikaçılar Partiyasına qoşulub. 2024-cü ildə isə prezident seçkilərindən əvvəl Donald Trampı dəstəkləyib.

Hal-hazırda istefa verən Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard Trampın ikinci prezidentlik müddəti ərzində kabinetini tərk edən dördüncü şəxs oldu.