İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində qüvvələri ilə koordinasiyalı şəkildə neft tankerləri, konteyner gəmiləri və kommersiya gəmiləri də daxil olmaqla 35 gəminin Hörmüz boğazından keçdiyini açıqlayıb.
Atəşkəs prosesi davam etsə də, kommersiya gəmilərinin Hörmüz boğazından keçməsi davam edir. Rəqəmlər İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri tərəfindən gündəlik olaraq təqdim olunur.
İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin son verdiyi açıqlamada Hörmüz boğazından 35 gəminin keçdiyi qeyd edilir.
Bəyanatda gəmilərin su yolundan keçməsinin İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirildiyi və İranın icazəsinin tələb olunduğu vurğulanıb.
Hörmüz boğazından keçən gəmilərin arasında neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmilərinin olduğu bildirilir.
İranın nəzarəti ilə bir gündə Hörmüz boğazından 35 kommersiya gəmisi keçib