İranın Fars News Agency xəbər verir ki, ABŞ donanmasına məxsus bir döyüş gəmisi Hörmüz boğazında iki raketlə hədəf alınıb. Hadisə gəminin İran qüvvələrinin təkrar xəbərdarlıqlarını görməzdən gəlməsindən sonra baş verib.
Məlumata görə, raket zərbələri döyüş gəmisini dayandırmağa məcbur edib və gəmi geri çəkilərək təhlükəsiz əraziyə yönəldilib. ABŞ gəmisində heyət və zərər barədə əlavə məlumat açıqlanmayıb.
İran İnqilab Keşikçiləri donanması bütün gəmilərə xəbərdarlıq edib: “Hörmüz boğazından icazəsiz keçən gəmilər hədəf alınacaq və məhv ediləcək.”
Tasnim News Agency-in hərbi mənbəyə istinadən verdiyi məlumata görə, Tehran hərbi hazırlıq vəziyyətindədir və bütün mümkün ssenariləri nəzərə alıb. Mənbə əlavə edib ki, ABŞ hərbi gəmilərinin hərəkəti yalnız İran səlahiyyətli qurumlarının icazəsi ilə mümkün olacaq.
Bütün gəmilər əvvəlki təcrübələrdən nəticə çıxarmağa çağırılıb və “ABŞ-ın səhvlərinin qiymətini ödəməmək” tövsiyə olunub.
İran televiziya kanalları bildirir ki, bütün keçid marşrutları İnqilab Keşikçiləri tərəfindən izlənilir. Gəmilər keçid üçün rəsmi icazə gözləyir və bu prosedur Hörmüz boğazının strateji idarəçiliyini İranın nəzarəti altında saxlayır.
İran İnqilab Keşikçiləri Hərbi Donanması bildirib ki, onlar boğazdakı hərəkəti idarə edir və təhlükəsizliyi təmin edir. Bu tədbirlər, Ali Abdollahi tərəfindən elan edilmiş “Amerika Azadlıq Layihəsi”na cavab olaraq həyata keçirilir və Hörmüz boğazında suverenliyin yalnız İranın nəzarətində olduğunu təsdiqləyir.
İran Hörmüz boğazında ABŞ-nin döyüş gəmisini vurdu