Livanda 16 İsrail hərbçisi öldürülüb - son 24 saatda üçüncü hərbçi intihar edib

İsrail ordusu Livanın cənubunda itkilərinin sayını ciddi şəkildə senzura edərək iddia edib ki, Livanda hərbi əməliyyatların başlanmasından indiyədək 16 hərbçi öldürülüb, 690 nəfər yaralanıb.

Sionist rejimin ordusu həmçinin bildirib ki, son 24 saat ərzində bu rejimin 37 hərbçisi Livanın cənubunda yaralanıb.