Ayətullah Sistanidən önəmli bəyanat

Həzrət Ayətullahul-uzma seyid Sistani tərəfindən verilən bəyanat:
Bismillahir-Rəhmanir-Rəhim
Ey iman gətirən qadın və kişilər!
Budur ki, oruc, gecə ibadətləri və digər ibadət fəaliyyətləri ilə dolu bərəkətli Ramazan ayından sonra rəhmət və bağışlanma bayramı olan mübarək Fitr bayramı üzərimizə doğmuşdur. Bu gün Allahın mükafatlarının verildiyi gündür; Allahın sizə qarşı mələkləri ilə fəxr etdiyi gündür. Qəbul olunmuş əməlləriniz mübarək olsun.
Allahdan diləyirəm ki, bu bayramı bizə, sizə və bütün İslam ümmətinə xeyir, bərəkət və uğurla qaytarsın. Ey əzizlər! Bayram sevinc və şadlıq mənaları ilə doludur, lakin möminlərin qəlbləri bu gün dərin kədərlə parçalanır. Çünki onlar din və insaniyyət qardaşlarına hansı bəla və müsibətlərin üz verildiyini görürlər. Biz Allahın nemətlərinə şükür olaraq təkbir gətirərkən, uşaqların fəryadları göyə qalxır, anaların göz yaşları sel kimi axır və İran və Livanın təhlükəsiz evlərinin üstündə od-alov dillənir. Bu iki ölkəyə qarşı davam edən hərbi təcavüz hələ də sona çatmayıb. Biz bu ədalətsiz müharibəni ən sərt ifadələrlə qınayırıq və bütün dünya müsəlmanlarını və azadlıqsevərləri onu qınamağa, zülmə məruz qalmış İran və Livan xalqları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq. Həmçinin bütün beynəlxalq təsirli qüvvələri, dünya dövlətlərini, xüsusilə İslam ölkələrini bu müharibənin dayandırılması üçün mümkün olan bütün səyləri göstərməyə dəvət edirik. Ey Rəbbimiz! Biz sənin dərgahına yalvarırıq, Sən duaları eşidənsən. Allahım! Mömin qadın və kişiləri harada olurlarsa olsunlar qoru, bəlaları onlardan uzaqlaşdır və onların sözünü haqq üzərində birləşdir. Allahım! Öz torpaqlarını müdafiə yolunda canlarını fəda etmiş şəhidlərini Sənə əmanət edirik; onları ən yüksək dərəcələrdə peyğəmbərlər və siddiqilərlə bir yerdə qərar ver. Allahım! Onların ailələrinə səbr və aramlıq bəxş et, yaralılarını şəfa ver, əsirlərini azad et. Allahım! Bizim əhlimizi hər yerdə qoru və onları zülm edənlərə qalib gətir.
Ey möminlər! İman sadəcə iqrar və etiqaddan ibarət deyil, əməli-salih, qəmərxorluq və yardımlaşma da onun ayrılmaz hissəsidir. Bu çətin şəraitdə əziyyətlər artdıqca, zərərçəkmişlərin və didərgin salınmışların ehtiyacları daha da çoxaldıqca, şəri və insani vəzifəmiz bizə əmr edir ki, müsibətə düçar olmuş qardaşlarımıza yardım əlimizi uzadaq.
Davamında Həzrət Ayətullah Sistani-nin ofisindən nəql olunur: Ali dini mərcəiyyət İran və Livanda zərər görmüşlərin əziyyətlərini azaltmaq məqsədilə şəri haqların istifadəsinə icazə vermişdir. Bu iş etibarlı yollarla – məsələn, ali mərcəiyyətin ofisləri vasitəsilə həyata keçirilməlidir. Əgər kimsə şəxsən ehtiyac sahibini tanıyırsa, birbaşa yardım edə bilər. Ey əzizlər! Bayram Allahla yenidən əhd-peyman bağlamaq, bir-birinizə qarşı əfv və sülh etmək, qohum-əqrəba ilə əlaqələri gücləndirmək və yoxsullara, ehtiyac sahiblərinə diqqət yetirmək fürsətidir. Ətrafımızda baş verənlər qəlblərimizi kədərləndirsə də, Allahın rəhməti genişdir, Onun fəthi yaxındır və köməyi qətiyyən gələcəkdir – əgər səbr etsəniz və təqva sahibi olsanız.
Son olaraq: Allahım! İmamımıza fərəci tezliklə yetir, onun istəklərini yerinə yetir və bizi hər kiçik və böyük işdə onunla və ona tabe olanlardan et. Bizi hər an onunla və ona itaət edənlərdən qərar ver; bizi onunla və ona qulaq asan, itaət edən, tabe olan və Səqəleynə (Quran və Əhli-beytə) möhkəm sarılanlardan et. Allahım! Mömin kişi və qadınları bağışla. Ey Rəbbimiz! Məni, atamı-anamı və hesab günü gələndə bütün möminləri bağışla. Ey Rəbbim! Məni, valideynlərimi və imanla evimə daxil olanları, bütün mömin kişi və qadınları bağışla; zalımları isə yalnız məhv et. Ey Rəbbim! Bu şəhəri təhlükəsiz et və əhlini meyvələrdən ruzi ver, eyni zamanda bütün müsəlman ölkələrinin əhlini də.
Həmd olsun aləmlərin Rəbbi Allaha, salavat olsun Məhəmmədə və onun pak Əhli-beytinə.